23 Aralık 2010 Perşembe

Teymur Eminbəyli - DAK başqanı Birinci yardımçısı İSVEÇ


Türkiyənin Izmir şəhərində düzənlənəcək Türkiyədə yaşayan Azərbaycan Türklərinin 1. Birlik Qurultayının Təşkilat Komitəsinə!

Dəyərli dostlar!

Nə qədər müqəddəs bir işə başladığınızın fərqindəyik. Öz millətinə-Uca Türk millətinə yorulmadan xidmət etmək hər kəsə nəsib olmur. Bu yol ağır, çətin, keçməkeşli, amma çox da şərəfli bir yoldur. Bu yolda Sizlərə başarılar diləyirik.

Türkiyədə yaşayan Azərbaycan Türklərinin 1. Birlik qurultayı iştirakçılarının millətimizin çeşidli problemlərinə, Güney Azərbaycan türklərinin tapdalanan hüquqlarına, neçə illərdir öz həllini tapa bilməyən Qarabag qaçqınlarının öz torpaqlarına qaytarılması sorununa, Ana Vətənimiz Azərbaycanda demokratiyanın bərqərar olması məsələsinə diqqət ayıracağına, bununla bağlı bəyanat və muraciətlər qəbul edəcəyinə inanırıq.

Yolunuz açıq, işiniz uğurlu olsun!

Hörmətlə,

Teymur Eminbəyli

DAK başqanı Birinci yardımçısı

İsveç, Stockholm

2010.12.23

Hiç yorum yok:

Yorum Gönder