23 Aralık 2010 Perşembe

Ulu Türküstandan daha bir destek

Hökümə XƏLİLOVA - Ramiz MƏŞƏDİHƏSƏNLİ

QURULTAYIMIZ MÜBARƏK OLSUN!

Hər vaxtınız xeyir olsun, əziz və vətənpərvər qardaşlarımız! Öncə Sizlərin timsalında Dünyanın müxtəlif guşələrində məskunlaşan soydaşlarımızı qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və YENİ İl – 2011-ci il münasibətilə təbrik edir, uğurlar və can sağlığı arzulayırıq!

Uzun illərdən bəri diasporamızın təşkilatlanması, formalaşdırılması və tanıdılması istiqamətində öncə 10 ilə yaxın bir müddətdə Avropa ölkələrində, indi də 8 ildən bəri Ulu Türküstanda fəaliyyətlərimizi davam etdiririk. Artıq Medya Holdinq qurmuşuq və Sizin kimi vətənpərvər, yurdsevər və xalqını layiqincə təmsil edən soydaşlarımızın işini-gücünü kənardan təqib etməklə, bir növ çevrənizin bir bəndinə, dirəyinə çevrilmişik. Sizin uğurlar, eyni zamanda bizim də nailiyyətlərimizdir.

Hörmətli, Cemal bəy, Seyfettin qardaş, Ayhan bəy... digər qanı qanımızdan, dili dilimizdən, dini dinimizdən olan yurddaşlar! Bizlər də Qazaxıstanda Azərbaycanlıların ilk Birlik qurultayını keçirdik və bu yolda daha bir təcrübə qazandıq. Sizlərin də Türkiyə boyunca soydaşlarımızın Birlik qurultayını keçirməsi xəbərini bir ay öncə duyduqda, heç şübhə etmədik ki, keçirəcəyiniz bu mötəbər məclis dünyanın hər yerində məskunlaşan yurddaşlarımızın sürətlə təşkilatlanma və birləşmə amacını gerçəkləşdirəcək. Bir mətbuat nümayəndələri kimi, bizlərdən nə tələb olunursa, can-başla yerinə yetirməyə hazırıq.

Bir daha BİRLİK QURULTAYIMIZ xeyirli-uğurlu olsun! Sizdən hərəkət, bizdən bərəkət!

Hörmət və ehtiramla,


Ramiz MƏŞƏDİHƏSƏNLİ və Hökümə XƏLİLOVA

“TÜRKEL” Beynəlxalq Fondunun prezidenti, “TÜRKEL” qəzetinin baş redaktoru və müavini, “VƏTƏN” qəzetinin baş redaktoru və redaktoru, “ALTIN KÖPRÜ” dərgisinin baş redaktoru və müavini, Manas-TV-radiosu və Qazaxıstan Dövlət radiosunun Azərbaycan-türk verilişlərinin müəllifi və aparıcıları, Qazaxıstan “Azərbaycanlıları Assosiasiyası” Respublika İctimai Birliyinin sədr müavinləri, Atatürk-Alatoo Universitetinin Azərbaycan dili və ədəbiyyatı şöbəsinin müəllimləri,

Hiç yorum yok:

Yorum Gönder